18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Paşinyan qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaq istəyir
Tarix: 25-11-2024 17:26 | Bölmə: Siyasət
Paşinyan qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaq istəyir

Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir.

Reyting.az
xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Ermənistanın dövlət televiziyasına müsahibəsində bildirib.

Dostluq mesajları verən Paşinyan deyib:

“Ermənistanın gələcək sabitliyinin, müstəqilliyinin və iqtisadiyyatının güclənməsini istəyiriksə, qonşularımızla münasibətlərimizi gücləndirməliyik”.

Baş nazirin “Digər qonşumuz Türkiyə ilə buzları qırmalıyıq”,- fikri diqqəti cəlb edir.

Qeyd edək ki, Paşinyan ötən ilin mart ayında keçirdiyi mətbuat konfransında “Türkiyənin də böyük beynəlxalq aktor olduğunu inkar etməyə ehtiyac yoxdur, bu faktla hesablaşmalıyıq”,- qiymətləndirməsini etmişdi.

Xatırladaq ki, ötən ilin sentyabrında BMT-nin 79-cu Baş Assambleyası üçün Nyu-Yorkda səfərdə olan prezident Rəcəb Tayyib Ərdoğan Türk Evində Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul etmişdi. Görüş zamanı Türkiyə ilə Ermənistan arasında normallaşma, Ermənistanla Azərbaycan arasında daimi sülh prosesləri müzakirə olunmuşdu. Prezident Ərdoğan dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edərək, Paşinyana “Daha ədalətli bir dünya mümkündür” kitabını bağışlamışdı.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər