Fransa Avropanı nüvə hücumundan qorumağa hazırdır
Tarix: 25-02-2025 11:54 | Bölmə: Siyasət
Fransa Avropanı nüvə hücumundan qorumağa hazırdır

Fransa Avropanı qorumaq üçün öz nüvə qalxanından istifadə etməyə hazırdır.

Reyting.az
“The Telegraph” nəşrinə istinadla xəbər verir ki, ABŞ öz qoşunlarını Avropa qitəsindən çıxarmaqla hədələdiyi üçün Fransa nüvə silahı olan döyüş təyyarələrini Almaniya ərazisində yerləşdirə bilər.

Bir fransız rəsmisi “The Telegraph”-a deyib ki, qırıcı təyyarələrin Almaniyada yerləşdirilməsi Rusiya prezidenti Vladimir Putinə bir mesaj olacaq, üstəlik, Berlindəki diplomatlar Böyük Britaniyanın baş naziri Keir Starmerə eyni addımı atmaq üçün təzyiq göstərəcək.

Mənbə vurğulayıb ki, Almaniyada bir neçə fransız nüvə qırıcısının yerləşdirilməsi çətin məsələ deyil və bu, həm də güclü siqnal ola bilər.

Qeyd olunur ki, seçkilərdə qalib gələrək Almaniyanın növbəti kansleri olacaq Fridrix Merz Avropanın Donald Trampın Amerikasından müstəqil olmasını istədiyi üçün İngiltərə və Fransanı nüvə müdafiəsini gücləndirməyə çağırıb.

Onu da xatırladaq ki, Fransanın arsenalı 300-ə yaxın nüvə başlığından ibarətdir, dənizdən və havadan buraxıla bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər