Hakan Fidan: İsrail iki dövlətli həll yolunu qəbul etməlidir
Tarix: 27-02-2025 09:05 | Bölmə: Siyasət
Hakan Fidan: İsrail iki dövlətli həll yolunu qəbul etməlidir

“Benyamin Netanyahu hökuməti təhlükəsizliyi iki dövlətli həlldə deyil, ekspansionizmdə görür”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

İsrail-Fələstin münaqişəsindən söz açan H. Fidan deyib ki, İsrail həm özünün, həm də regionun təhlükəsiz olmasını istəyirsə, iki dövlətli həll yolunu qəbul etməlidir.

Türkiyəli nazir müsahibəsində Avropa ölkələrindən də danışıb: “Yaya qədər, ola bilsin, Avropa İttifaqı və ya Avropa ölkələri özlərini NATO-dan kənar başqa bir təhlükəsizlik strukturunda tapmaq istəyə bilərlər”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər