Avropa İttifaqı Ukraynaya sülhməramlı yeridəcək?
Tarix: 14-04-2025 08:15 | Bölmə: Siyasət
Avropa İttifaqı Ukraynaya sülhməramlı yeridəcək?

Avropa İttifaqının (Aİ) qarşıdakı iclasında Ukraynaya sülhməramlıların yeridilməsi məsələsi müzakirə olunacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Ukraynanın “Avropa həqiqəti” internet nəşri məqalə dərc edib.

Məqalə müəllifinin sözlərinə görə, nümayəndə heyətləri Ukraynaya “sülhməramlılar”ın yeridilməsi təşəbbüsünə və 17-ci anti-Rusiya sanksiyalar paketinin hazırlanmasına toxunacaqlar.

Qurumun xarici işlər nazirləri, həmçinin Ukraynanın Avropa İtifaqına daxil olması üzrə danışıqlar prosesini müzakirə edə bilərlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər