Avropa Rusiyaya qarşı daha sərt tədbirlər görəcək
Tarix: 08-07-2025 09:10 | Bölmə: Siyasət
Avropa Rusiyaya qarşı daha sərt tədbirlər görəcək

Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı rekord həddə yüksək sanksiyalar tətbiq etməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, bu barədə “LCI” telekanalı məlumat yayıb.

Nazirin sözlərinə görə, bu sanksiyalar son üç ildə Rusiyaya qarşı ən sərt tədbir olacaq: “Biz bu qərarı ABŞ senatorları ilə razılaşdırmışıq və bu addım Rusiyanın neftdən əldə etdiyi gəlirlərinə təsir göstərəcək”.

ELÇİN




Bölməyə aid digər xəbərlər