10:48 / 22-07-2025
Ayda oksigen istehsal olunub
İran üç ölkə ilə nüvə danışıqlarına hazırlaşır
Tarix: 21-07-2025 10:34 | Bölmə: Slayd
İran üç ölkə ilə nüvə danışıqlarına hazırlaşır

İyulun 25-də Türkiyənin İstanbul şəhərində İran, İngiltərə, Fransa və Almaniya nüvə proqramı ilə bağlı danışıqlar aparacaqlar.

Reyting.az
“Reuters”-ə istinadla bildirir ki, bu barədə iyulun 21-də İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi məlumat verib.

İran XİN-nin nümayəndəsi deyib ki, onun ölkəsi ilə İngiltərə, Fransa və Almaniya arasında görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində olacaq.

İyulun 25-nə planlaşdırılan danışıqlar bir ay əvvəl İsrail və ABŞ-nın İranın nüvə obyektlərinə hücumundan sonra üç ölkənin xarici işlər nazirlərinin iyulun 17-də İranın Xarici işlər naziri Abbas Əraqçi ilə ilk telefon danışığından sonra baş tutacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər