Paşinyan: Zəngəzur yolunda tək ABŞ deyil, digər ölkələr də maraqlıdır - (Yenilənib)
Tarix: 16-07-2025 15:48 | Bölmə: Slayd
Paşinyan: Zəngəzur yolunda tək ABŞ deyil, digər ölkələr də maraqlıdır - (Yenilənib)

"Sünikdəki yolun autsorsinqində təkcə ABŞ deyil, digər ölkələr də maraqlıdır".

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan üçün ABŞ və Avropa İttifaqının (Aİ) marağı maraqlıdır. “İndi ABŞ-nın təklifi müzakirə olunur. Biz bunda maraqlıyıq. Hələlik razılıq yoxdur, lakin ola bilər. Çin də maraqlıdır", - deyə Paşinyan qeyd edib.

***

Baş nazir Nikol Paşinyan Azərbaycandan Naxçıvana Sünikdən keçən yolun (Zəngəzur dəhlizi-red.) idarəsinin özəl şirkətə verilə biləcəyini istisna etməyib.

Onun sözlərinə görə, idarəetmənin verilməsi məsələsində hazırda bir neçə oxşar hal var. "Məsələn, "Zvartnots" hava limanının idarəetməsi həvalə edilib. Hesab etmirəm ki, burada Ermənistanın yurisdiksiyası və ya ərazi bütövlüyü hər hansı şəkildə pozulub", - N. Paşinyan qeyd edib.

O bildirib ki, su təchizatı sisteminin idarə edilməsi, Ermənistanın dəmir yolları və s. ilə bağlı da vəziyyət belədir. Lakin sadalanan bütün hallarda bu infrastrukturlar Ermənistanın mülkiyyətindədir.

Bundan əlavə, N. Paşinyan qeyd edib ki, Ermənistan öz ərazisindən yüklərin keçid rejiminin sadələşdirilməsinə hazırdır.

"Məni təəccübləndirir ki, bəzi qüvvələr və ya insanlar Ermənistan ərazisindən dəmir yolu hərəkətinin yenidən başlamasını faciə kimi təqdim etməyə çalışırlar. Halbuki faciə ondadır ki, Ermənistan vasitəsilə tranzit dəmir yolu əlaqəsi yoxdur", - baş nazir vurğulayıb(Report)




Bölməyə aid digər xəbərlər