Rusiyanın NATO-ya hücum planı var
Tarix: 15-07-2025 13:47 | Bölmə: Slayd
Rusiyanın NATO-ya hücum planı var

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəisi Kirill Budanov ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündə Rusiyanın NATO-ya hücuma hazırlığına dair kəşfiyyat məlumatlarını açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə GUR-un mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, Keyt Kelloqla görüşdə Kirill Budanovla yanaşı Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi Aleksandr Sirski, general-mayor Andrey Qnatov və kəşfiyyat nümayəndələri də iştirak ediblər.

Mövcud əməliyyat vəziyyəti, Rusiya Federasiyasının 2036-cı ilə qədər planlarının qiymətləndirilməsi, o cümlədən Kremlin təkcə Ukraynaya deyil, NATO ölkələrinə qarşı silahlı münaqişəyə hazırlığı ilə bağlı məlumatlar Amerika tərəfinin diqqətinə çatdırılıb.



“Kremlin imperiya ambisiyaları təkcə Ukrayna ilə məhdudlaşmır - onlar bütün Avropanı əhatə edir. Bununla belə, ABŞ-nın dəstəyi ilə biz Rusiyanı dayandıra və onun hərbi potensialını sıfıra endirə bilirik”,- deyə Budanov əlavə edib.

GUR rəhbəri ABŞ hökumətinə və xalqına Ukraynaya davamlı siyasi, iqtisadi və hərbi dəstəyə görə təşəkkürünü bildirib. Budanov qeyd edib ki, “Rusiya yalnız gücü tanıyır”, Ukrayna məhz bu yolla davamlı sülhə nail olacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər