ABŞ İranla danışıqlara açıqdır
Tarix: 22-07-2025 13:03 | Bölmə: Dünya
ABŞ İranla danışıqlara açıqdır

ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə bağlı prioritetlərini aydın şəkildə müəyyən edib. ABŞ administrasiyası İranla danışıqları zəruri hesab edərsə, ona açıq qalır.

Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Karolina Leavitt deyib.

Onun sözlərinə görə, ABŞ İranın nüvə imkanlarını məhv edib və Tramp administrasiyası İranla danışıqları zəruri hesab etsə, ona açıq qalacaq.

“Axios” yazır ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi 2025-ci ilin avqust ayının sonunu təyin etmək barədə razılığa gəliblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər