10:48 / 22-07-2025
Ayda oksigen istehsal olunub
Sanksiyalar neft ixracını məhdudlaşdırıb
Tarix: 22-07-2025 15:55 | Bölmə: İqtisadiyyat
Sanksiyalar neft ixracını məhdudlaşdırıb

“Talara” neft tankeri Avropa İttifaqının (Aİ) sanksiyalarından sonra Hindistanın “Nayara Energy” neft emalı zavodunun Vadinar limanını tərk edib. Nəzərdə tutulan dizel yanacağı tankerə yüklənməyib.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, tanker iyulun 21-də Afrikaya gedən 60 000 metrik ton (447 000 barel) ultra aşağı kükürdlü dizel yükləməli imiş.

Yükləmə planındakı dəyişiklik onu deməyə əsas verir ki, Aİ-nin Nayara tətbiq etdiyi sanksiyalar Rusiyanın dəstəklədiyi neft emalı zavodundan neft məhsullarının ixracını dayandırır.

Məlumata görə, “Talara” Avropa sanksiyaları tətbiq olunandan bəri yüklənməyib.

Avropa İttifaqının sanksiyaları Qucarat ştatının Vadinar şəhərində yerləşən neft emalı zavoduna və 7 minə yaxın yanacaqdoldurma məntəqəsinə sahib olan Hindistan şirkəti “Nayara Energy” LTD-ni hədəfləyir.

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Radhir Caisval bildirib ki, Yeni Dehli Aİ-nin Rusiyaya qarşı “birtərəfli sanksiyalarını” dəstəkləmir.

Daha sonra Rusiyanın neft şirkəti “Rosneft” Hindistandakı törəmə şirkətinin müdafiəsinə qalxaraq, “Nayara Energy”yə qarşı sanksiyaların əsassız və qeyri-qanuni olduğunu bəyan edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər