Mikayıl Cabbarov İsrail XİN başçısı ilə görüşüb
Tarix: 20-11-2025 15:25 | Bölmə: Siyasət
Mikayıl Cabbarov İsrail XİN başçısı ilə görüşüb

"İsrail Dövlətinə işgüzar səfərimiz çərçivəsində bu ölkənin xarici işlər naziri Qideon Saar ilə görüşmək xoş oldu".

Reyting.az
xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.

Nazir paylaşımında daha sonra deyilir: "Azərbaycan – İsrail iqtisadi münasibətlərinin genişləndirilməsi, birgə strateji layihələrin ölkələrimiz və region üçün perspektivləri barədə fikirlərimizi bölüşdük. Ölkəmizin əlverişli geoiqtisadi mövqeyini və qlobal ticarətdə artan tranzit potensialını qeyd etdik".




Bölməyə aid digər xəbərlər