Aİ Ağ Evin Ukrayna planını yararsız hesab edir
Tarix: 21-11-2025 08:40 | Bölmə: Siyasət
Aİ Ağ Evin Ukrayna planını yararsız hesab edir

Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün ABŞ-ın təklif etdiyi plan çox zəifdir.

Reyting.az
xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) diplomatları və rəsmilərinə istinadla “Politico” nəşri məlumat yayıb.

Aİ diplomatlarından biri nəşrə deyib:

“Əlbəttə, bu, narahatedicidir, lakin biz silahlarımıza sadiq qalmalıyıq. Əgər Rusiya bundan yaxasını qurtararsa, Ukraynada, eləcə də Aİ və NATO-ya üzv ölkələrdə Rusiya təcavüzünün yeni dalğasını görməyimiz an məsələsidir”.

ELÇİN




Bölməyə aid digər xəbərlər