12:06 / 03-02-2026
Tehranda bazar yanır
10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
Kreml sülh planı üzrə danışıqlarla bağlı bəyanat yayıb
Tarix: 21-11-2025 11:44 | Bölmə: Siyasət
Kreml sülh planı üzrə danışıqlarla bağlı bəyanat yayıb

Kreml ABŞ lideri Donald Trampın Ukraynadakı müharibəyə son qoymaq üçün sülh planı üzrə danışıqlarla bağlı bəyanat yayıb.

Reyting.az
bildirir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Moskvaya Kiyevin Trampın sülh planı üzrə danışıqlara razılığı barədə məlumat verilmədiyini deyib.

Onun sözlərinə görə, xarici mediada planın müddəaları, davam edən məsləhətləşmələr və mümkün imza tarixləri ilə bağlı dərc olunan məlumatların həqiqiliyi barədə hələlik rəsmi təsdiq yoxdur.

Qeyd etmək lazımdır ki, Kreml indiyə qədər ABŞ ilə birgə hazırlanmış yeni sülh planının mövcudluğunu təsdiqləməkdən imtina edib. Məsələn, Peskov 20 noyabrda bildirib ki, “müzakirə olunanlara yeni bir şey əlavə edə bilmərik”.

Daha əvvəl media ABŞ-ın Ukrayna üçün sülh planının bütün 28 bəndini dərc edib. Xüsusilə, ona əsasən, Rusiya bütün Donbası nəzarətə götürəcək, Xerson və Zaporojyedəki nəzarət xətləri isə əsasən dondurulacaq.

Ukrayna ərazisində NATO qoşunları olmayacaq və Ukrayna silahlı qüvvələrinin sayı 600.000 nəfərlə məhdudlaşdırılacaq.

“Financial Times” yazır ki, ABŞ Ukraynaya 27 noyabra qədər sülh planının şərtlərini imzalaması üçün təzyiq göstərməyə çalışacaq. Qeyd olunur ki, bundan sonra müqavilənin Moskvaya təhvil verilməsi nəzərdə tutulur. Vaşinqton prosesi dekabrın əvvəlinə qədər başa çatdırmağı planlaşdırır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər