“Prezidentlərin növbəti görüşü üçün imkanlar axtarırıq” - Ceyms Uorlik
Tarix: 16-08-2016 12:22 | Bölmə: Siyasət

ATƏT-in Minsk qrupu növbəti görüşün təşkili üçün Azərbaycan və Ermənistan prezidentləri ilə əlaqə saxlayır.

Bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Ria-Novosti”yə açıqlamasında deyib: "Vyana və Sank-Peterburqda görüş zamanı Azərbaycan və Ermənistan prezidentləri danışıqlar prosesində irəliləyişə nail olmaq üçün növbəti görüşə hazır olduqlarını təsdiqlədilər. Biz prezidentlər arasında növbəti görüşün təşkili üçün imkanlar axtarırıq”.

C.Uorlik bildirib ki, hər iki ölkənin prezident və xarici işlər nazirləri ilə əlaqə qururlar.

 

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər