16:14 / 25-08-2025
Vəhşi təbiət... - Fotolar
15:29 / 25-08-2025
Putin Trampı aldadır
Ararat Mirzoyan: "Sülh təkcə Ermənistan üçün yox, bütün Cənubi Qafqaz üçün əhəmiyyətlidir"
Tarix: 25-08-2025 13:55 | Bölmə: Siyasət
Ararat Mirzoyan: "Sülh təkcə Ermənistan üçün yox, bütün Cənubi Qafqaz üçün əhəmiyyətlidir"

Ermənistanın xarici ölkələrdəki səfirlərinin müşavirəsi avqustun 25-də Qafanda xarici işlər naziri Ararat Mirzoyan ilə müzakirələrlə davam edib.

"Armenpress" xəbər verir ki, müzakirələrin əsas mövzularından biri 8 avqustda Vaşinqtonda əldə edilmiş razılaşmalar olub.

Bakı və İrəvan arasında paraflanmış sülh sazişindən danışan Mirzoyan, sülhün təkcə Ermənistan üçün yox, bütün Cənubi Qafqaz üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Bundan əlavə, nazir yeni reallıqlar şəraitində ölkənin xarici siyasətinin strateji baxışını təqdim edib, açılan yeni imkanları və onların həyata keçirilməsi üçün qarşıda duran işləri qeyd edib.

XİN başçısı bildirib ki, sülh gündəliyinin həyata keçirilməsi diplomatik orqanlar da daxil olmaqla Ermənistan hökumətinin prioritet vəzifəsidir.

O, həmçinin regional kommunikasiyanın açılmasının ölkə üçün geniş imkanlar yaradacağını vurğulayıb.

Qeyd edək ki, Ermənistanın xaricdəki səfirlərinin illik müşavirəsi avqustun 24-də başlayıb və avqust 27-də başa çatacaq(Report).




Bölməyə aid digər xəbərlər