Tramp: Zelenskinin qeyri-legitimliyinə dair iddialar cəfəngiyyatdır
Tarix: 27-08-2025 11:27 | Bölmə: Siyasət
Tramp: Zelenskinin qeyri-legitimliyinə dair iddialar cəfəngiyyatdır

Rusiyanın Ukrayna lideri Vladimir Zelenskinin prezidentliyinin qeyri-legitim olması barədə sözləri cəfəngiyyatdır.

Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp hökumətinin iclasından sonra deyib.

“Onların nə dediklərinin əhəmiyyəti yoxdur. Bütün bunlar cəfəngiyyatdır. Onlar sadəcə, diqqəti çəkirlər”, - Tramp vurğulayıb.

Amerika lideri hesab edir ki, Rusiyanın bu cür ittihamları sadəcə olaraq “tamaşaçılara oynayır”.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da Zelenskinin Ukrayna prezidenti kimi “qeyri-legitim” olması barədə danışıb.

“Zelenski özü üçün Putinlə görüşün prioritetindən danışarkən məzmuna əhəmiyyət vermədən oynayır”, - Lavrov əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər