Tramp Orbanı Ukraynaya güzəştə getməyə inandırıb
Tarix: 27-08-2025 10:57 | Bölmə: Siyasət
Tramp Orbanı Ukraynaya güzəştə getməyə inandırıb

ABŞ prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanı Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı Budapeştin mövqeyini dəyişməyə inandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Politico” yazıb.

“ABŞ prezidenti Donald Trampın indi Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxan, lakin Moldovanın üzvlüyünü dəstəkləyəcəyini açıq şəkildə bildirən Macarıstanın baş naziri Viktor Orbanı Kiyevin Aİ-yə daxil olması ilə bağlı mövqeyindən geri çəkilməyə inandırması vəziyyəti dəyişib”,- deyə nəşr avropalı diplomatın sözlərindən sitat gətirib.

Digər mənbələrə görə, Kiyevin Aİ-yə daxil olması dalana dirənsə də, Budapeştə təzyiq etməklə ondan çıxmaq mümkündür.

Bundan əvvəl Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqların tezliklə başlaya biləcəyi deyilirdi. Fransız diplomatın sözlərinə görə, qərarlar “yaxın günlərdə və ya həftələrdə” veriləcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər