16:14 / 25-08-2025
Vəhşi təbiət... - Fotolar
15:29 / 25-08-2025
Putin Trampı aldadır
Kelloq: 2026-cı ildə Ukrayna fərqli ölkə olacaq
Tarix: 25-08-2025 17:00 | Bölmə: Siyasət
Kelloq: 2026-cı ildə Ukrayna fərqli ölkə olacaq

“ABŞ prezidenti Donald Tramp administrasiyası qətllərə və Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağa çalışır. Eyni zamanda Tramp administrasiyası etiraf edir ki, müharibəni bitirmək hərbi əməliyyatları başlamaqdan daha çətin məsələdir”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ-nın xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevdə jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Kelloq bildirib ki, diplomatik cəbhədə gərgin iş aparılır, ABŞ prezidenti Donald Tramp Alyaskada Vladimir Putinlə, Vaşinqtonda isə Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə görüşüb.

Kelloqun vurğuladığı kimi, müharibəni bitirmək “asan iş deyil”, lakin ABŞ lideri Tramp “sülhün prezidenti”dir və Ukraynada qətl və dağıntılara son qoymağa çalışır.

“Üzərində çalışdığımız sülh prosesini görürsünüz. Biz çox çalışırıq. Ümid edirik ki, qısa müddətdə daha yaxşı, uzunmüddətli təhlükəsizlik zəmanətlərinə malik olacağımız mövqeyə çatacağıq. Bu, davam edən bir işdir”,- Kelloq əlavə edib.

Kelloq etiraf edir ki, bu müharibə İkinci Dünya müharibəsindən sonra ən böyük müharibədir.

ABŞ-nın xüsusi nümayəndəsi ümid edir ki, bir ildən sonra - 2026-cı ilin növbəti Müstəqillik Günündə Ukrayna dünyanın fərqli ölkəsi olacaq.

“Bu, asan iş deyil. Bu, olduqca çətin işdir, sülhə nail olmaq çətindir. Müharibəyə başlamaq asandır, amma müharibəni dayandırmaq həqiqətən çox çətin işdir”, - Kelloq vurğulayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər