Tarix: 17-08-2016 18:02 | Bölmə: Siyasət
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında "Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydə alınması məsələsinə baxılıb.
Bu barədə MSK-nın katibi Arifə Muxtarova bildirib. O qeyd edib ki, 2016-cı il sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış "Yeni Azərbaycan” təşəbbüs qrupu imzatoplama kampaniyasını başa çatdırıb və qeydə alınması üçün MSK-ya təqdim edib.
Daha sonra məsələ səsə qoyulub və təşviqat qrupu qeydə alınıb.
Qeyd edək ki, YAP 124 seçki dairəsini əhatə edən imzatoplama kampaniyası çərçivəsində Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq, 40 mindən artıq seçici imzası toplayıb.
Bölməyə aid digər xəbərlər