Türkiyə baş direktor müavinini ölkəmizə səfir göndərir
Tarix: 26-08-2016 11:39 | Bölmə: Siyasət


Türkiyənin xarici ölkələrdəki 22 səfirinin yerlərinin dəyişdirilməsi barədə daha əvvəl qəbul olunmuş qərar rəsmiləşib.

Reyting.az APA-ya istinadən xəbər verir ki, qərar "Resmi Gazete”də dərc olunaraq qüvvəyə minib.

Səfirlərdən 12-si mərkəzi aparata çağırılıb. Onların arasında Azərbaycandakı səfir İsmayıl Alper Coşkun da var. Yeni səfir - Türkiyə XİN-in baş direktor müavini Erkan Özoral yaxın vaxtlarda Azərbaycanda fəaliyyətə başlayacaq.

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər