Müsavat kütləvi aksiyaları gündəmə gətirir
Tarix: 28-08-2016 17:24 | Bölmə: Siyasət


"Referendumla bağlı təsis etdiyimiz yeganə müxalifət qrupu olan "Respublika" qeydəalınmadı".

Reyting.az-ın xəbərinə görə, Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, 41 mindən çox imzadan "3 minində əsasən şəxsiyyət vəsiqələrinin məlumatlarında qüsurlar var",- bəhanəsi ilə qeydiyyata alınmayıb:

"Hakimiyyət bu davranışı ilə referendumu bir oğurluq əməliyyatı kimi xəlvət keçirmək niyyətində olduğunu bir daha ortaya qoydu. Bu bizi mübarizədən çəkindirməz. Həm kütləvi aksiyaların keçirilməsi, həm də müşahidə işinə diqqəti daha da artıracağıq. Ölkənin Cümhuriyyət dəyərlərindən yayındırılmasına imkan verməyəcəyik".





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər