Hafiz Hacıyev: “Əli İnsanova qarşı olanları pisləyirəm”
Tarix: 31-08-2016 16:01 | Bölmə: Siyasət


Keçmiş səhiyyə naziri Əli İnsanova qarşı növbəti cinayət işinin açılması Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin narazılığına səbəb olub.

Reyting.az xəbər verir ki, Hafiz Hacıyev məsələyə münasibət bildirərkən Moderator.az-a deyib ki, Əli İnsanov Yeni Azərbaycan Partiyasının qurucularından olub:

"O, Heydər Əliyevin Azərbaycana qayıdışında böyük xidmətləri olan bir insandır. Mən istəməzdim ki, ölkəmizdə qisasçılıq toxumu səpilsin. Hakimiyyətdə olan bir qrup yaşı keçmiş qisasçılıq ruhunda yaşayır. Onlar bununla mənim qardaşım İlham Əliyevə xəyanət edirlər”.

Partiya sədri bildirib ki, Ə.İnanovun 70 yaşı var və heç bir siyasi iddiası yoxdur: "Mən də bir Qərbi azərbaycanlı kimi Əli İnsanova qarşı olanları pisləyirəm. Mən şəxsən prezidentin yerinə and içməyə hazıram ki, İlham Əliyevdə heç zaman qisasçılıq hissi olmayıb. Sadəcə olaraq,prezidentin yanında olan bəzi insanlar belə addım ataraq İlham Əliyevə qarşı təxribat edirlər”.

H.Haciyev daha sonra deyib: "Biz Qərbi azərbaycanlılar hər zaman prezidentin ətrafında olmuşuq, bundan sonra da belə olacaq. 10 milyonluq xalqıq, bir-birimizə qarşı qisasçı mövqedə durmamalıyıq. Hamımız prezidentə dəstək olmalıyıq. Dövlətin idarə olunması bir regionun nəzarətinə keçməməlidir. Mən çalışacam ki, bu sahədə də İlham Əliyevə kömək edim. Nə qədər ki, mən varam, imkan verməyəcəm ki, qardaşım İlham Əliyevə zərbə dəysin”.

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər