Əli Əliyev: "Ha­ki­miy­yət dər­hal si­ya­si­-iq­ti­sa­di is­la­hat­la­ra baş­la­ma­lıdır"
Tarix: 06-09-2016 13:49 | Bölmə: Siyasət

Öl­kə­də ya­ran­mış iq­ti­sa­di böh­ran ic­ti­ma­i-­si­ya­si hə­yat­da da cid­di gər­gin­liyə səbəb olub. Si­ya­si par­ti­ya­lar­da

açıq hə­rə­kətlən­mə hiss olun­ma­sa da, möv­cud və­ziy­yət ümu­mi­lik­də öl­kə­də əha­li­nin na­ra­hat­lı­ğı­ və ak­tiv­li­yi ilə nəticələnib.

Bu ba­rə­də "Rey­tinq­"ə açıq­la­ma ve­rən Və­tən­daş və İn­ki­şaf Par­ti­ya­sı­nın səd­ri Əli Əli­yev de­yib ki, öl­kə bü­tün sa­hə­lər­də eniş fa­za­sı­na da­xil olub. Onun söz­lə­ri­nə gö­rə, bu­nu artıq tək mü­tə­xəs­sis­lər de­yil, sı­ra­vi və­tən­daş­lar da gün­də­lik hə­yat­la­rın­da hiss edirlər:

"İş yer­lə­ri­nin bağ­lan­ma­sı, qiy­mət­lə­rin yük­səl­mə­si, dol­la­ra ek­vi­va­lent­də qa­zanc və mə­va­cib­lə­rin sa­at­ba­sa­at azal­ma­sı, bank­la­rın növ­bə ilə "part­la­ma­sı" və­ziy­yə­tin cid­di­li­yin­dən xə­bər ve­rir. Bu, göz­lə­ni­lən idi. Döv­lə­tin qa­nun­lar­la de­yil, sub­yek­tiv me­yar­lar­la ida­rə olun­ma­sı be­lə xa­o­tik du­ru­mu ya­rat­ma­lı idi.

Bir hö­ku­mə­tin ki, ba­şın­da du­ran şəxs in­fan­til­lə­şə­rək hə­rə­kət­siz­ləş­sin, onun ida­rə­çi­li­yin­dən nə göz­lə­mək olar? Ay­dın mə­sə­lə­dir ki,

hö­ku­mət­də ən az tə­sirə ma­lik adam var­sa da, elə onun özü­dür. Am­ma rəs­mən mə­su­liy­yə­ti o da­şı­yır. Rə­si­za­də da­im be­lə mə­mur olub. San­ki bir mü­qəv­va­dır. Hə­lə ötən əsr­dən onun adı ilə pay­taxt­da qo­şun ye­ri­di­lir, in­san­lar qət­lə ye­ti­ri­lir, küt­lə­vi qət­li­am tö­rə­di­lir, o isə heç nə ol­ma­mış ki­mi ma­a­şı­nı və zər­fi­ni al­maq­da­dır. İn­di də onun im­za­sı və for­mal rəh­bər­li­yi ilə öl­kə ta­lan edi­lir, o, ye­nə də üz­də­dir,

bat­mır”. Partiya sədri bildirib ki, 2 il əv­vəl - ilk de­val­va­si­ya baş ve­rən­də və­ziy­yə­tin böh­ran­lı ol­du­ğu bi­li­nir­di:

"Pre­zi­dent sə­viy­yə­sin­də "Biz aşa­ğı neft qiy­mət­lə­ri­ni 20-­ci il­lə­rə göz­lə­yir­dik, aşa­ğı qiy­mət­lə­rə ha­zır de­yil­dik",- bəyana­tı, ha­ki­miy­yə­tin

bü­töv­lük­də döv­lə­tə mü­na­si­bə­ti­nin mar­ke­ri­dir. Be­lə bəl­li olur ki, öl­kə­nin bü­tün seq­ment­lə­ri­ni neft ti­ca­rə­ti­nə bağ­la­yan iq­ti­dar, baş­qa

ver­si­ya­la­rı dü­şünmür­müş. İq­ti­sa­di pri­o­ri­tet­lə­rin yan­lış­lı­ğı­na rəğ­mən, öl­kə­ni da­ğı­dan kor­rup­si­ya­nın miq­ya­sı, mə­mur ha­rın­lı­ğı,

məh­du­diy­yət­siz öz­ba­şı­na­lıq və bu­nun mü­qa­bi­lin­də tam cə­za­sız­lıq və­ziy­yə­tin ağır­lıq əm­sa­lı­nı ar­tı­ran fak­tor­lar­dır".

Ə.Ə­li­yev qeyd edib ki, MTN və Bey­nəl­xalq Bank olay­la­rı ha­ki­miy­yə­tin da­xi­li du­ru­mu­nun han­sı və­ziy­yət­də olduğunu gös­tə­rir:

"Əs­lin­də, bu gü­nə qə­dər də kri­mi­nal­laş­mış ha­ki­miy­yə­tə sa­hib ol­du­ğu­mu­zu də­fə­lər­lə ic­ti­ma­i re­zo­nans­lı iş­lər­də görmüş­dük. Ha­cı

Məm­mə­dov və yük­sək ranq­lı mə­mur­la­rın adı hal­la­nan di­gər iş­lər kor­rup­si­ya və çe­şid­li baş­qa növ ci­na­yət­lə­rin ha­ki­miy­yət üçün tə­sa­düf de­yil, xa­rak­te­rik ol­du­ğu­nun me­ya­rı­dır".

VİP səd­ri tə­əs­süf­lə qeyd edib ki, və­ziy­yə­tin mü­rək­kəb­li­yi­nə, böh­ra­nın da­vam­lı və də­rin ol­ma­sı­na bax­ma­ya­raq, ha­ki­miy­yə­tin qə­rar və ad­dım­la­rı si­tu­a­si­ya­ya mü­tə­na­sib deyil. Ə.Ə­li­yev he­sab edir ki, ha­ki­miy­yət, si­ya­si dil­lə ifa­də et­miş ol­saq, sol­çu qə­rar­lar qə­bul edir: "Be­lə qə­rar­lar mü­vəq­qə­ti sa­bit­li­yə gə­tir­sə də, uzaq­mən­zil­li və­də­də özü­nü doğ­rult­mur. Ha­ki­miy­yət ma­na­tın kur­su­nu də­rin is­la­hat­lar­la

sa­na­si­ya­ya tə­şəb­büs əvə­zi­nə, döv­riy­yə­də ma­na­tı azalt­maq­la, xa­ri­ci val­yu­ta­la­rı da­xi­li ba­zar­da "yün­gül­ləş­dir­mə­yə" qə­rar ver­di. Mü­va­fiq ola­raq, sü­ni tərz­də ma­ta­ğa min­di­ri­lən az miq­dar­da ma­nat biz­nes fə­al­lı­ğı­nı, id­xal­-ix­rac əmə­liy­yat­la­rı­nı zə­if­lət­di. Tak­ti­ki prob­lem­lər qı­sa müd­də­tə həll edil­di­sə, bu gün ba­zar­da ma­nat-­dol­lar mü­na­si­bə­ti və val­yu­ta ba­za­rı bü­töv­lük­də təd­ri­cən ba­za­rın sa­bit­li­yi­ni poz­maq­da­dır. Bu sa­bit­lik isə ha­ki­miy­yə­tin əsas si­ya­si alə­ti idi. Ar­tıq bu gün öl­kə­də sis­tem böh­ra­nın­dan da­nış­ma­ğın vax­tı­dır”.

Ə.Əliyev iddia edir ki, ha­ki­miy­yə­tin si­ya­si ha­ki­miy­yə­ti qo­ru­maq yo­lun­da son 2 il­də et­di­yi səhv­lər ar­tıq so­si­al seq­men­tə sıç­ra­yıb: "Bu­nun da­va­mı ilə si­ya­si pro­ses­lər ya­xın bir il­də vü­sət ala­caq. YAP iq­ti­da­rı və­ziy­yə­tin fər­qin­də­dir. To­tal xof ya­rat­ma, həbs­lər, re­fe­ren­dum

tə­şəb­bü­sü re­al və­ziy­yə­ti bil­gi­dən qay­naq­la­nır".

Par­ti­ya səd­ri­nin söz­lə­ri­nə gö­rə, özəl mən­bə­lər­dən əl­də et­di­yi mə­lu­mat­lar­dan da bi­lir ki, ha­ki­miy­yə­tin da­xi­lin­də cid­di ən­di­şə möv­cud­dur: "De­mək olar ki, öl­kə­ni ta­la­maq­da əli və iş­ti­ra­kı olan 1-­ci, 2-­ci, hət­ta da­ha aşa­ğı və­si­lə mə­mur­lar ai­lə­lə­ri­ni və va­ri­dat­la­rı­nı öl­kə­dən

qa­çı­rıb­lar. "İçə­ri­də" olan­lar isə be­lə və­ziy­yə­tin çox da­vam et­mə­yə­cə­yi fi­kir­lə­ri­ni dar çev­rə­lər­də di­lə gə­tir­mək­dən qorx­mur­lar. Bu isə

ha­ki­miy­yət üçün təh­lü­kə­li simp­to­ma­ti­ka­dır".

Mü­sa­hi­bi­miz onu da qeyd edib ki, be­lə şə­ra­it öl­kə üçün da­ğı­dı­cı po­ten­si­al da­şı­maq­da­dır. Onun fik­rin­cə, ha­ki­miy­yət dər­hal si­ya­si­-iq­ti­sa­di is­la­hat­la­ra baş­la­ma­lı, qul­dur si­ya­si və iq­ti­sa­di eli­ta­dan azad ol­ma­lı­dır:

"Ma­liy­yə am­nis­ti­ya­sı elan edil­mə­li, oğur­lan­mış ka­pi­tal "yu­yul­ma­lı” və iq­ti­sa­diy­ya­ta ya­tı­rıl­ma­lı­dır. Döv­lə­ti "di­ril­də­cək" bir udum nə­fəs

ora­da­dır. Düz­dür, be­lə də­rin is­la­hat­la­rın si­ya­si təh­lü­kə­si­ni eti­raf et­mək la­zım­dır. Ha­ki­miy­yət mə­su­liy­yət­li olub, özü­nü xi­las haq­da, da­ha dü­zü, öm­rü­nü hər vəhc­lə qo­ru­ma­ğı dü­şün­mək­dən­sə, döv­lə­ti xi­las ba­rə­də fi­kir­ləş­mə­li­dir”.

Partiya sədri sonda qeyd edib ki, belə bir şəraitdə mü­xa­li­fə­tin də pa­yı­na dü­şən və­zi­fə­lər var: "Umu-­kü­sü­lə­ri kə­na­ra qo­yub, va­hid

cəb­hə­də bir­ləş­mə­yin vax­tı­dır. Ha­ki­miy­yə­tin si­ya­si op­po­nent­lə­ri təş­ki­lan­ma­dıq­ca, iq­ti­da­rın öm­rü, is­la­hat­la­rın dö­nə­mi uzaq­la­şır. Əvə­zin­də isə öl­kə üçün, iq­ti­dar­lı-­mü­xa­li­fət­li təh­lü­kə­nin miq­ya­sı bö­yü­yür və ya­xın­la­şır".

Reyting.az

 

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər