Akif Nağı: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın mövqeyində dəyişiklik hiss olunmur”
Tarix: 09-09-2016 14:04 | Bölmə: Siyasət


"Ümumiyyətlə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər bir növ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin süni şəkildə uzadılmasına xidmət edir”.

Reyting.az xəbər verir ki, bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Sədrin sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həmsədrlərlə Moskvada keçirdiyi görüş ətrafında da çoxlu proqnozlar səsləndirilir:

"Burada real nəticəyə nail olmaqla bağlı hansısa işlər hiss olunmur və əlamət görünmür. Sadəcə olaraq, onlar aprel döyüşlərindən sonra müəyyən məsələləri ortaya atırlar. Əslində Rusiyanın mövqeyində heç bir dəyişiklik hiss olunmur ki, o Ermənistana təzyiq etsin. Çünki Ermənistan özü öz iradəsi ilə heç bir qərar qəbul etmir. Yəni Ermənistanın taleyi ilə bağlı qərarlar da Moskvada qəbul olunur. O ərazilər faktiki olaraq rəsmi Moskvanın nəzarətindədir.

Bu gün Rusiya Suriyada, Ukraynada öz məsələlərini həll etməyə çalışır və çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin. Bu kimi görüşlər söz oyunlarından başqa bir şey deyil”.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər