Referendumla əlaqəli növbəti proses yekunlaşıb
Tarix: 11-09-2016 15:30 | Bölmə: Siyasət


Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar növbəti proses başa çatıb.

Reyting.az SİA-ya istinadla xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, referendum üzrə təşviqat qruplarının qeydə alınması barədə məlumatların seçki komissiyalarının otaqlarında və səsvermə otaqlarındakı məlumat lövhələrində yerləşdirilməsi səsvermə gününə azı 15 gün qalanadək başa çatmalıdır. Referendumla əlaqədar bu müddət sentyabrın 11-dək olan dövrü əhatə edir.

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər