Tarix: 15-09-2016 13:39 | Bölmə: Siyasət
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətinə cavab verib.
Reyting.az-ın məlumatına görə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri "Report"a açıqlamasında deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və partiyanın sentyabrın 18-də, saat 15:00-dan 17:00-dək Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilib.
BŞİH Milli Şuranın da mitinqlə bağlı müraciətinə cavab verib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı "Report"a deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və Milli Şuranın sentyabrın 17-də, saat 15:00-dan saat 17:00-dək Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verib.
Bölməyə aid digər xəbərlər