Tarix: 16-09-2016 11:04 | Bölmə: Siyasət
"ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyi dəyişməzdir. Biz ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik”.
Reyting.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Ötən həftə Minsk qrupunun amerikalı həmsədri Jeyms Uorlikin Rusiyanın Xarici işlər naziri ilə münaqişənin həlli ilə bağlı müzakirələr apardığına diqqət çəkən səfir qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllini vacib sayır: "Regionda sabitlik və sülhün təmin olunması üçün münaqişə tərəflərinin bir araya gəlməsi və bu istiqamətdə çalışmaları gərəkdi. ABŞ Azərbaycan hökuməti ilə bu istiqamətdə çalışır. ABŞ-ın Azərbaycanla hərbi sahədə əməkdaşlığı mövcuddur. Onu deyə bilərəm ki, bizim hərbi əməkdaşlığımız Azərbaycan Silahlı Qüvvələrini NATO qüvvələrinə uyğunlaşdırmaqdan ibarətdir".
R.Sekuta ABŞ-ın Azərbaycana iki ölkə arasında hərtərəfli geniş müzakirələrin keçirilməsini təklif etdiyini bildirib: "Buraya ticarət, iqtisadiyyat, insan haqları və digər sahələr daxildir. Eyni zamanda ABŞ-ın ticarət nümayəndə heyəti Azərbaycana gəlib və burada iqtisadi məsələlər müzakirə edilir”.
Bölməyə aid digər xəbərlər