Səfirlik: "İsveçrə Qarabağdakı “seçkiləri” qanunsuz hesab edir"
Tarix: 16-04-2020 13:38 | Bölmə: Siyasət
Səfirlik: "İsveçrə Qarabağdakı “seçkiləri” qanunsuz hesab edir"

"İsveçrə Azərbaycanın işğal olunmuş ərazilərində separatçıların təşkil etdiyi qondarma seçkiləri tanımır".

Bu barədə İsveçrənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

“İsveçrə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki “seçkiləri” qanunsuz və əsassız sayır”, - diplomatik nümayəndəlik bildirib.

Xatırladaq ki, bu il martın 31-də Ermənistan tərəfdən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində təşkil edilən qondarma seçkilər beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqid edilib və qəbul olunmayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}