Komitə sədri: "Koronavirusa yoluxanlar arasında diaspor fəalları var, ancaq..."
Tarix: 16-04-2020 17:39 | Bölmə: Siyasət
Komitə sədri: "Koronavirusa yoluxanlar arasında diaspor fəalları var, ancaq..."

"Koronavirusa yoluxanlar arasında diaspor fəalları var".

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, onların səhhəti ilə bağlı daim maraqlanılır.

Fuad Muradov qeyd edib ki, yoluxanlar arasında İsveçrə, ABŞ,Fransa, Almaniya, Ukrayna və digər ölkələrdə yaşayan diaspor üzvləri var.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə əlavə edib ki, xarici diplomatik nümayəndələr arasında virusa yoluxan yoxdur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}