Rəsmi Bakı: "Təşəkkür edirik, dost Gürcüstan”
Tarix: 16-04-2020 22:40 | Bölmə: Siyasət
Rəsmi Bakı: "Təşəkkür edirik, dost Gürcüstan”

Gürcüstan Xarici İşlər naziri David Zalkalianinin Tbilisi teleqülləsinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması ilə əlaqədar Azərbaycana verdiyi mesaja rəsmi Bakı cavabsız qalmayıb.

Reyting.az
xəbər verir ki, Azərbaycan XİN  Tbilisiyə həmrəylik mesajına görə təşəkkür edib.

Nazirliyin “Twitter” hesabında yerləşdirilən paylaşımda bildirilib: “Tbilisidə televiziya qülləsini Azərbaycan bayrağının rəngləri ilə işıqlandıraraq Gürcüstan Azərbaycanla həmrəylik nümayiş etdirib. Təşəkkür edirik, dost Gürcüstan”.

Xatırladaq ki, Gürcüstan XİN başçısı ölkəsinin koronavirusla mübarizədə Azərbaycanla həmrəy olduğunu və dəstəklədiyini qeyd edib: “Tbilisi teleqülləsi ümid, dəstək və həmrəylik mesajı olaraq COVID-19 pandemiyasından zərbə almış Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb. Biz hamımız eyni gəmidəyik. Biz birlikdə qalib gələcəyik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}