Spiker narazı deputatlara müraciət etdi
Tarix: 17-04-2020 15:40 | Bölmə: Siyasət
Spiker narazı deputatlara müraciət etdi

Milli Məclisin bu gün keçirilən planer iclasında spiker Sahibə Qafarova narazı qalan deputatlardan danışıb.

Reyting.az
xatırladır ki, pandemiya təhlükəsi səbəbindən bir neçə gənc deputat parlament salonunun beynəlxalq müşahidəçilər üçün nəzərdə tututan hissəsində əyləşir.

Parlamentin fasilədən sonra iclası başlayan zaman spiker bu mövzuda çıxış edərək fikirlərini bölüşüb: “Bir qrup deputatın fərqli yerdə əyləşməsi müvəqqəti haldır. Siz başa düşürsünüz ki, bu nə üçündür. Koronavirusla bağlı situasiya ilə əlaqəlidir. Biz burada hörmətli millət vəkillərini oturtmuşuq. Hamımız əvvəlki kimi əyləşsək düzgün olmazdı. Sizin üçün orada hər bir şərait yaradılıb. Siz orada çıxış edə, çıxışa yazıla bilərsiniz. Orada mikrafonlar işləyir. Hesab edirəm ki, əgər kimsə narazılığını bildirirsə, yerini dəyişə bilər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}