Milli Məclisin Aparatı buraxıldı - Spiker bütün işçiləri istefaya göndərdi
Tarix: 18-04-2020 13:14 | Bölmə: Siyasət
Milli Məclisin Aparatı buraxıldı - Spiker bütün işçiləri istefaya göndərdi

"Azərbaycan parlamentinin Aparatı buraxılıb".

Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, Aparatın yeni strukturu formalaşana qədər əvvəlki əməkdaşlar işlərini davam etdirəcəklər.

Qeyd edək ki, bu ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

Martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası olub. Toplantıda parlamentin yeni rəhbərliyi formalaşdırılıb. Sahibə Qafarova 116 səslə Milli Məclisin sədri seçilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}