Xarici işlər naziri Dəməşqə niyə gedir?
Tarix: 20-04-2020 11:24 | Bölmə: Siyasət
Xarici işlər naziri Dəməşqə niyə gedir?

"İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Suriyanın paytaxtı Dəməşqə bugünkü səfərinin məqsədi qarşıdan gələn Astana sammiti ərəfəsində Suriya rəsmiləri ilə məsləhətləşmələr aparmaqdır”.

Reyting.az
“əl-Vətən”-ə istinadla xəbər verir ki, bunu Dəməşqdəki xarici jurnalistlər klubuna iqtidara yaxın mənbə bildirib.

Səfər zamanı Zərifin suriyalı vəzifədaşı Vəlid Müəllim və Suriya prezidenti Bəşər Əsədlə görüşü planlaşdırılır. Görüşlərdə regional problemlər, o cümlədən qarşıdan gələn Astana zirvəsi və ikitərəfli əlaqələr müzakirə ediləcək.

Astana prosesi qarantlarının (Rusiya, İran və Türkiyə) xarici işlər nazirləri bu həftənin çərşənbə günü video-iclas keçirəcəklər.

Bundan əvvəl İran və Suriya da daxil olmaqla, 8 ölkə Antonio Quterreşə məktub göndərərək Birləşmiş Millətlər Təşkilatının Baş katibini koronavirusla bağlı birtərəfli sanksiyaların qaldırılması üçün ABŞ-a təzyiq göstərməsini istəyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}