İran hökumətinin sözçüsü Azərbaycan atalar sözünü misal çəkib
Tarix: 20-04-2020 18:02 | Bölmə: Siyasət
İran hökumətinin sözçüsü Azərbaycan atalar sözünü misal çəkib

"Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü kölgəsində, qoy yesin aslan səni”.

Reyting.az
“IRİB”-ə istinadla xəbər verir ki, bu Azərbaycan atalar məsəlini bugünkü mətbuat konfransında İran hökumətinin sözçüsü Əli Rəbii çəkib.

O, İran xaricindəki bəzi farsdilli KİV-lərin iddialarına cavab verib. "İddia edirlər ki, əgər kənardan, tutalım Beynəlxalq Valyuta Fondundan bizə pul versələr, guya başqa yerə xərcləyəcəyik. Biz hökumət olaraq koronavirusla bağlı vəsaiti Milli İnkişaf Fondundan götürmüşük”.

Əli Rəbii iddiaları “uydurma” adlandırıb: "İndi iranlılar bu məsələdən tam xəbərdardır”.

Hökumət sözçüsü Azərbaycan atalar sözünü nümunə kimi çəkib və əvvəlcə zarafatla tərcüməsinə “Azərbaycanlılardan soruşun”,- dedikdən sonra onu fars dilinə tərcümə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}