11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Lavrov Qarabağla bağlı bəyanat verib: "Sənədlərdə münaqişənin mərhələli həlli əksini tapıb”
Tarix: 21-04-2020 13:43 | Bölmə: Siyasət
Lavrov Qarabağla bağlı bəyanat verib: "Sənədlərdə münaqişənin mərhələli həlli əksini tapıb”

“BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri hərbi əməliyyatların qızğın vaxtlarında qəbul olunub və bu qətnamələrdə hərbi əməliyyatların tam dayandırılması və nizamlanmaya keçid əksini tapıb. Bəli, bu qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq olunub. Lakin bu qətnamələrdə müharibənin dayandırılması və danışıqlara başlanılması tələb olunub”.

Məlumata görə, bunu Sergey Lavrov bildirib.

S. Lavrov qeyd edib ki, indiyə kimi dəfələrlə danışıqlar aparılıb:

“2001-ci ildə Ki Vest danışıqları aparılıb. Dağlıq Qarabağın iştirakı ilə və iştirakı olmadan razılaşdırılmış müxtəlif formatlarda danışıqlar olub. İndi isə Bakı ilə İrəvan arasında format mövcuddur. ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə... Bu, faydalı və yaxşı formatdır. Məhz bu formatda BMT TŞ-nin müharibənin dayandırılması və danışıqlara başlanılması həyata keçirilib.

Madrid prinsipləri mövcuddur, Rusiya Federasiyası tərəfindən 2010-11-ci illərdə hazırlanan, Kazan sənədləri adlandırılan sənədlər var. Ötən ilin aprelində Rusiya, Azərbaycan, Ermənistan XİN başçılarının görüşündə həmsədrlərin iştirakı ilə hazırlanan layihə var. Bu layihə yayılıb və hazırda aktiv müzakirə olunur. Bu sənədlərdə münaqişənin mərhələli şəkildə həlli əksini tapıb. Birinci mərhələyə daha aktual problemlərin - Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların blokadadan çıxarılması daxildir”/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}