ABŞ kəşfiyyatı Kırım ərazisinə keçib - Foto
Tarix: 21-04-2020 17:10 | Bölmə: Siyasət
ABŞ kəşfiyyatı Kırım ərazisinə keçib

ABŞ Hərbi Hava Qüvvələrinə aid “RC-135W” kəşfiyyat təyyarəsi Rusiyanın ilhaq etdiyi Kırımda yerləşdirilən “S-400” hava hücumundan müdafiə sistemləri üzərindən uçub.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, ABŞ kəşfiyyat təyyarəsi “S-400” bateriyalarına 100 kilometr uzaqlıqda, Qara dəniz üzərindən uçuş həyata keçirib.

Elektromaqnit spektri boyunca siqnal aşkarlanması, identifikasiya və coğrafi yerləşmə qabiliyyətinə inteqrasiya edilən sensor paketi və əldə olunan məlumatları əməliyyat mərkəzinə ötürmək imkanı verən rabitə paketinə sahib “RC-135W” təyyarəsi “S-400” sisteminin radar məlumatlarının gizliliyi baxımından təhlükə yaradıb-yaratmadığı əsas məsələ hesab edilir. Çünki radar məlumatları hava müdafiə sistemləri üçün kritik əhəmiyyətə malikdir.

Qeyd edək ki, maksimum 6500 kilometr uçmaq qabiliyyəti olan, saatda 800 kilometr sürətə malik “RC-135W” kəşfiyyat təyyarəsi 14 kəşfiyyat operatoru və 4 uçuş heyətindən ibarətdir.

ABŞ kəşfiyyatı Kırım ərazisinə keçib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}