Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclası keçirilib
Tarix: 22-04-2020 15:18 | Bölmə: Siyasət
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclası keçirilib

Aprelin 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclası keçirilib.

MM-dən Reyting.az-a bildirilib ki, Komitənin sədri Səməd Seyidov ilk olaraq komitə üzvlərinə koronavirus pandemiyası ilə əlaqədar Respublikada yoluxma sayının qarşısını almaq məqsədilə dövlət tərəfindən həyata keçirilən önləyici tədbirlər və bu istiqamətdə aparılan işlərin mübət nəticələri barədə danışıb. Dünyada tüğyan edən bu pandemiyanın Azərbaycanın beynəlxalq əlaqələrinə, o cümlədən ümumilikdə beynəlxalq münasibətlərə, Beynəlxalq təşkilatların qarşılıqlı fəaliyyətinə təsiri ilə bağlı fikir mübadiləsi aparılıb.

Millət vəkili daha sonra Komitə iclasının gündəliyində olan məsələlər ilə komitə üzvlərini tanış edib.

Komitəin sədr müavini Sevinc Fətəliyeva, eləcə də Sahib Alıyev, Sevil Mikayılova, Asim Mollazadə, Nigar Arpadarai, Sabir Rüstəmxanlı və digər üzvləri gündəlikdə olan məsələləri müzakirə ediblər.

Komitə iclasının gündəliyinə daxil edilən birinci məsələ - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyasın arasında Dənizçilərin hazırlanması, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyaın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respulikası qanun layihəsi; ikinci məsələ - “Müstəqil dövlətlər birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” protokolun təsdiq edilməsi barədə qanun layihəsi olub.

İclasın sonunda müzakirə edilən sənədlərin nəzərdən keçirilməsi üçün Milli Məclisə təqdim edilməsi məqsədəuyğun hesab edilib.

Sonda millət vəkilləri beynəlxalq münasibətlərin formalaşdırılması, Beynəlxalq təşkilatlar ilə iş, mövcud və yaradılacaq Dostluq qruplarının fəaliyyəti, eləcə də postpandemiya dövrünə hazırlıq ilə bağlı, müzakirələr aparılıb və fikir mübadiləsi edilib.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}