Tahir Kərimli: “Biz müstəqillik üçün parlament zalında aclıq aksiyası keçirəndə…”
Tarix: 24-04-2020 12:55 | Bölmə: Siyasət
Tahir Kərimli: “Biz müstəqillik üçün parlament zalında aclıq aksiyası keçirəndə…”

“Ombudsmanın məruzəsini dinlədik. Hesab edirəm ki, ciddi irəliləyişlər var və bu təqdir olunmalıdır”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisdəki çıxışı zamanı deputat Tahir Kərimli Ombudsmanın hesabatına münasibət bildirərkən deyib.

T. Kərimli qeyd edib ki, Ombudsmanın hesabatında yeni sahələr var və bu ciddi irəliləyişdir:

“Konstitusiyada təsbit edilən yerdəyişmə hüququnun təyin edilməsi, yeni doğulan uşaqlara elektron arayışların alınması…

Birinci sinif şagirdləri müəyyən məktəblərə götürülmürdü. Ombudsman bu məsələni qaldırır. Bunlar yeni sahələrdir.

Həmçinin Ombudsman Ağsu və Şamaxı zəlzələsi zamanı müəyyən təkliflər irəli sürüb və bu da təqdir edilməlidir”.

Deputat bildirib ki, ölkədə başlanan islahat özünü doğruldur: “Təkcə struktur deyil, kadr islahatlarını da nəzərdə tuturam. Burada gənclərin yaxşı çıxşlarını görəndə sevinirəm. O cümlədən də Ombudsman Səbinə xanımın”.

Tahir Kərimli qeyd edib ki, Səbinə Əliyeva özündən əvvəlki Ombudsmanın fəaliyyətinə tənqidi yanaşmayıb: “Əksinə, əvvəlki Ombudsmana hörmətlə yanaşıb. Cənab Prezidentin də özündən əvvəlki prezidentlərə münasibəti ortadadır. Hesab edirəm ki, dövlət ənənəsi budur.

Biz 1991-ci ildə müstəqillik üçün bu parlament zalında aclıq aksiyası keçirəndə rus əsgərləri bizi həbs etdilər. Bilmirdik ki, taleyimiz necə olacaq. Bu gün gözümüzün qarşısında dövlətçiliyimiz möhkəmlənir, oturuşur”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}