Partiya sədri Prezident Administrasiyasının şöbə müdiri ilə görüşüb
Tarix: 24-04-2020 15:20 | Bölmə: Siyasət
Partiya sədri Prezident Administrasiyasının şöbə müdiri ilə görüşüb

Bu gün Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Partiyadan Reyting.az-a verilən məlumata görə, görüşdə milli dövlətçilik tarixinə, Azərbaycan Xalq Cümhuriyyətinə və qurucularına, eyni zamanda dövlət müstəqilliyinin bərpasına və bərpaçılara - istiqlalçı millət vəkillərinə münasibət, demokratiya, insan haqları, siyasi azadlıqlar, siyasi məhbuslar, iqtidar-müxalifət münasibətləri, daxili siyasi münasibətlərin normallaşdırılması sahəsində atılan və yaxın perspektivdə atılmalı olan addımlar haqqında geniş və açıq fikir mübadiləsi aparılıb.

Tərəflər hakimiyətin təşəbbüsü ilə başladılan siyasi dialoqun, bu istiqamətdə atılan ilkin addımların müsbət qiymətləndirilməsi, eyni zamanda onun davamlı və dayanıqlı olmasının önəmini vurğulayaraq, bu məsələdə həmfikir olduqlarını bildiriblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}