Gürcüstan Ukraynaya xəbərdarlıq edib - Saakaşvili ilə bağlı
Tarix: 24-04-2020 16:26 | Bölmə: Siyasət
Gürcüstan Ukraynaya xəbərdarlıq edib - Saakaşvili ilə bağlı

"Ukraynada Mixeil Saakaşvili baş nazirin müavini təyin edilsə, Kiyevdəki səfirimizi geri çağıracağıq".

“RİA Novosti” xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya bildirib.

Gürcü Arzusu Partiyasının deputatı Rati İonatamişvili isə “İmedi” telekanalına deyib ki, Mixeil Saakaşvili Ukrayna baş nazirinin müavini təyin olunarsa, ikitərəfli münasibətlərə xələl gətirəcək.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş prezidentinə islahatlar üzrə baş nazirin müavini vəzifəsini təklif edib. M.Saakaşvili təklifi müsbət qarşılayıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}