Deputat: “Ölkədən gedən insanı küsdürmək lazım deyil”
Tarix: 24-04-2020 17:24 | Bölmə: Siyasət
 Deputat: “Ölkədən gedən insanı küsdürmək lazım deyil”

“Vətəndaşlığa xitam verilməsi üçün konsul xidmətinə görə 400 dollar rüsum müəyyənləşməsi çox yüksəkdir”.

Bunu bu gün Milli Məclisin plenar iclasında “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Qüdrət Həsənquliyev bildirib.

Q. Həsənquliyev deyib ki, bu məsələyə yenidən baxmaq lazımdır : “Ölkədən gedən insanı küsdürmək lazım deyil”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili növbəti oxunuşlarda təklifə baxılacağını bildirib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}