13:30 / 07-01-2025
İdmançılar həbs olunub
Partiya sədri: “Siyasi məhbus elan edilmiş digər şəxslərə də bəraət verilsə…”
Tarix: 25-04-2020 00:13 | Bölmə: Siyasət
Partiya sədri: “Siyasi məhbus elan edilmiş digər şəxslərə də bəraət verilsə…”

REAL partiyasının sədri İlqar Məmmədov və "İnsan haqları" klubunun rəhbəri Rəsul Cəfərov barəsində Ali Məhkəmənin bəraət və maddi təminatın ödənilməsi ilə bağlı qərarı təqdir olunmalıdır.

Bunu Reyting.az-a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi digər şəxslərə də qarşıdan gələn Respublika Günü ərəfəsində bəraət verilməsi ölkəmizdə siyasi mühitin daha da demokratikləşməsinə böyük töhfə olardı.

Partiya sədri xatırladıb ki, bir müddət əvvəl tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyevin həm ölkəmizdə, həm də Türkiyədə müalicə xərclərinin Birinci-vitse prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən ödənilməsi, Azadlıq Partiyasının sədri Əhməd Orucun müalicə xərclərinin Prezident İlham Əliyevin göstərişi ilə dövlət tərəfindən qarşılanması, müxalif mövqeli Azad Demokrat və Yeni Zaman partiyalarının dövlət qeydiyyatına alınması 2019-cu ildən etibarən ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşmasının əyani sübutudur.

T. Qənioğlu hesab edir kı, siyasi hakimiyyətin addımları Azərbaycanda siyasi mühitin daha da demokratikləşməsinə, sivil vətəndaş cəmiyyətinin formalaşmasına, iqtidar-müxalifət münasibətlərinin sivil mübarizə müstəvisinə daxil olmasına, siyasi mübarizədə zorakılığın, qeyri-qanuni hərəkətlərin, mövqeyindən asılı olmayaraq, bütün siyasi qüvvələr tərəfindən rədd edilməsinə zəmin yaradacaqdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər