13:30 / 07-01-2025
İdmançılar həbs olunub
ABŞ Azərbaycan müxalifətçilərinə bəraət verilməsini alqışlayır
Tarix: 25-04-2020 10:58 | Bölmə: Siyasət
ABŞ Azərbaycan müxalifətçilərinə bəraət verilməsini alqışlayır

ABŞ-ın Azərbaycandakı Səfirliyi Avropa İnsan Hüquqları Məhkəməsinın 2017-ci ildə açıqladığı qərara uyğun olaraq Azərbaycan Ali Məhkəməsi tərəfindən Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov barəsində verdiyi bəraət qərarını alqışlayır.

Səfirlik hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində bəraət qərarının verilməsini də müsbət addım kimi qiymətləndirir.

Səfirlik jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, habelə söz azadlığı hüququndan istifadə edən siyasi müxalifət üzvlərinə qarşı aparılan hədə-qorxu və həbs fəaliyyətlərinin sonu üçün atılan müsbət addımları da alqışlamağa hazır olduğunu bildirir.

Səfirliyin bəyanatında deyilir ki, biz xalqlarımızın qarşılıqlı faydası naminə həm yuxarıda göstərilən, həm də başqa məsələlərlə bağlı dialoq üçün hazır olduğumuzu bəyan edirik.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər