AŞPA-nın yay sessiyası koronavirus səbəbindən təxirə salınıb
Tarix: 30-04-2020 17:48 | Bölmə: Siyasət
AŞPA-nın yay sessiyası koronavirus səbəbindən təxirə salınıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası yeni növ koronavirus (COVID-19) səbəbindən təxirə salınıb.

Bu barədə AŞPA Prezidenti Hendrik Daems bildirib.

AŞPA Prezidenti deyib ki, iyunun 22-26-da plenar iclasdan daha aşağı səviyyəli - Büro və Daimi Komitə iclasları keçiriləcək.

Qeyd edək ki, AŞPA-nın yay sessiyası iyunun 22-26-da keçiriləcəkdi/APA.




Bölməyə aid digər xəbərlər