Deputatlar Kamran Əliyevin Baş prokuror təyin edilməsinə səs verdi
Tarix: 01-05-2020 11:31 | Bölmə: Siyasət
Deputatlar Kamran Əliyevin Baş prokuror təyin edilməsinə səs verdi

“Kamran Əliyevi hamımız tanıyırıq, onunla təmasımız olub. Prezident onun Baş prokuror təyin edilməsinə dair Milli Məclisə təqdimat göndərib”.

Reyting.az
xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib.

V. Əhmədov bildirib ki, bu gün Milli Məclisin gündəliyi zəngindir: “Hesablama Palatasının məruzəsini də müzakirə edəcəyik”.

Milli Məclis Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxaraq ona səs verib.

Qeyd edək ki, Milli Məclis tərəfindən ölkənin Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilmiş Kamran Əliyev parlamentin bu gün keçirilən iclasında ona etimad göstərdiyinə görə Prezidentə təşəkkürünü bildirib.

O deyib ki, Azərbaycan müstəqillik illərində çətin və şərəfli yol keçib:

“Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə sabitlik bərpa edilib. Hazırda ölkəmizdə sosial və iqtisadi çağırışları hədəfləyən islahatlar aparılır. İslahatlar Azərbaycan Respublikası Prokurorluğunu da əhatə edir. Hazırda davam etdirilən islahatlar Azərbaycan prokurorluğu qarşısında mühüm və ümdə məsələlər qoyur”.

Xatırladaq ki, qanuna görə, Milli Məclisin razılığından sonra Kamran Əliyevin təyinatı ilə bağlı ölkə başçısı sərəncam imzalayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}