Fazil Mustafa: “Ortaya müğənni yox, alim çıxarmaq lazımdır”
Tarix: 01-05-2020 12:31 | Bölmə: Siyasət
Fazil Mustafa: “Ortaya müğənni yox, alim çıxarmaq lazımdır”

“Mən Zabratda yaşayıram. Ancaq orada musiqi məktəbi yoxdur. Biz mədəni inkişaf haqqında necə danışa bilərik?”.

Reyting.az
xəbər verir ki, bu sözləri parlamentdə Hesablama Palatasının məruzəsi ətrafında çıxışı zamanı deputat Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, gündəliyə aidiyyəti olmasa da, bir məqam haqqında fikrini demək istəyir:

“Bizdə Sevil Nuriyeva adlı tərcüməçi var. İndiyə qədər ingilis dilində olan 70 romanı milli dilimizə tərcümə edib. Həmçinin çoxlu sayda milli müəlliflərimizi ingilis dilinə tərcümə edib. Bu xanımın 59 yaşı var. Amma mənzili yoxdur və bir övladı da şikəstdir. Düzdür, bununla bağlı ziyalılar Azərbaycan Prezidentinə və hörmətli Mehriban xanıma müraciət edib. Əminəm ki, bu müraciətə baxılacaq və müsbət həll olunacaq”.

Fazil Mustafa sual verib ki, nə vaxta qədər ortaya müğənni tapıb çıxaracaqlar: “Ortaya alim tapıb çıxarmaq lazımdır. Azərbaycana belə insanlar lazımdır. Hazırda peşəkar tərcüməçilər ölkəyə hava və su kimi lazımdır. Büdcədən ayrılan vəsaitlər həm də belə insanların təminatında mühüm rol oynamalıdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}