Rusiya İtaliyaya etdiyi humanitar yardımın əvəzini tələb edir
Tarix: 02-05-2020 13:47 | Bölmə: Siyasət
Rusiya İtaliyaya etdiyi humanitar yardımın əvəzini tələb edir

Koronavirusla mübarizədə İtaliyaya ilk humanitar yardım göndərən Rusiyanın əsl məqsədi ortaya çıxıb. Ruslar İtaliyaya humanitar kömək göstərməklə bu ölkənin Qərb platformasından Rusiyaya qarşı tətbiq etdiyi sanksiyanın aradan qaldırılmasını istəyir.

Reyting.az
xəbər verir ki, Rusiyadan İtaliyaya göndərilən məktubda koronavirusla mübarizədə italiyanlara dəstək olduğunu xatırladan ruslar italyanlardan sanksiyaları dayandırmağı tələb edir.

Məktubu aprelin 27-də Rusiya Dövlət Dumasının təmsilçisi Leonid Slutski İtaliyanın xarici işlər senatoru Vito Petrokelliyə göndərib.

Slutski məktubunda Rusiyanın koronavirusla mübarizə aparan İtaliyaya etdiyi yardımların qarşılığında İtalyanın və digər Avropa ölkələrinin müxtəlif istiqamətlərdə Rusiyaya tətbiq etdiyi sanksiyaları dayandırmasını istəyib.

Məktubda “Özlərini demokratik sayan Qərb ölkələri fərqli sahələrdə embarqo tətbiq ediblər. Və koronavirusla mübarizə mərhələsində də bunu aradan qaldırmaq istəmirlər. Bütün siyasətçiləri bu tərz siyasi sanksiyaları aradan qaldırmağa çağırıram”,- Slutski yazıb.

Slutski bu məktubu koronavirusla mübarizə mərhələsində belə, Rusiyaya qarşı tətbiq olunan qadağaların dayandırılması təklifini rədd edən BMT-yə etiraz məqsədilə yazdığını bəyan edib.

Xatırladaq ki, Rusiya koronavirusla mübarizə aparan İtaliyaya dəstək məqsədilə 9 hərbi yük təyyarəsi ilə bu ölkəyə tibbi ləvazimatlar göndərib. Bunun qarşılığında isə ABŞ liderliyində Rusiyaya qarşı formalaşan sanksiya platformasını parçalmaq istəyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}