Musa Qasımlı deputatı yalan danışmaqda ittiham edir
Tarix: 05-05-2020 12:19 | Bölmə: Siyasət
Musa Qasımlı deputatı yalan danışmaqda ittiham edir

“Bir məsələni söyləməyi borc bilirəm. 25 illik deputatlıq müddətində 25 yetimin qapısını açmayan bir şəxsin seçici adından, millət adından və xalq adından danışmağa mənəvi haqqı yoxdur”.

Reyting.az
xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Musa Qasımlı deyib.

Musa Qasımlı əlavə edib ki, belə şəxslər misgil görünür.

Qeyd edək ki, bu sözləri deyərkən Musa Qasımlı xalq şairi Sabir Rüstəmxanlını nəzərdə tutub.

Əlavə edək ki, bu gün parlamentdə xalq şairi Sabir Rüstəmxanlı ilə Musa Qasımlı arasında mübahisə düşüb. Buna səbəb S. Rüstəmxanlının mətbuatda Yardımlı rayon icra başçısının ünvanına tənqidi fikirlər səsləndirməsi, onun yardımları əhaliyə çatdırmaması haqda açıqlama verməsi olub.

Buna cavab olaraq M. Qasımlı bildirib ki, dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə kölgə salmaq olmaz:

“Yardımların paylanmasını çox şəffaf şəkildə həyata keçirən rayonlardan biri də Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”.

Deputat Sabir Rüstəmxanlı isə Musa Qasımlının fikirlərinə qarşı çıxıb:

“Son vaxtlar Yardımlıda yardımların qeyri-dəqiq aparılması ilə bağlı sosial şəbəkələrdə mən çıxış etmişəm. Görünür, Musa Qasımlı icra başçısının adından danışır. Musa Qasımlı gedib kəndləri gəzsə hər şeyi görər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}