“Rəhbər şəxslərdən əmlak bəyannaməsi tələb edilsin!” - Təklif
Tarix: 05-05-2020 18:24 | Bölmə: Siyasət
“Rəhbər şəxslərdən əmlak bəyannaməsi tələb edilsin!”

Vergilər nazirliyi və ya başqa uyğun dövlət orqanının bir ay müddətində iqtidarlı-müxalifətli bütün siyasi partiyaların sədrlərindən, onların müavinlərindən, partiya rəhbərliyində, rəhbər orqanlarda təmsil olunan bütün şəxslərdən əmlak bəyannaməsi tələb etməsi təklif edilir.

Reyting.az
xəbər verir ki, belə bir təkliflə Azərbaycan Liberal Partiyası (ALP) çıxış edib.

ALP təklif edir ki, bəyannamə tələbi Milli Məclisin deputatlarına, Prezident Administrasiyasında, Nazirlər Kabinetində, nazirliklərdə çalışanlara, eləcə də icra başçılarına, icra hakimiyyəti orqanlarında və onların yerlərdəki nümayəndəliklərində, bələdiyyə, prokurorluq, məhkəmə, polis orqanlarında, dövlət şirkətlərində işləyən hər kəsə şamil olunmalıdır. Hətta həmin məmurların ailə üzvlərindən, yaxın və uyğun qərarla uzaq qohumlarından da şəffaf, açıq şəkildə məlumatlar toplanıb, cəmiyyətə əmlak bəyannaməsi haqqında məlumat verilsin.

Azərbaycan Liberal Partiyası bəyan edir ki, partiyanın rəhbər şəxsləri belə bir bəyannaməni verməyə hazırdır. “İqtidardan uyğun qərarı, bəyannamə tələbini və o sənədin nümunəsini gözləyirik”,- deyə ALP-dən bildirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}