Rusiyadan İrana güzəşt, İsrailə badalaq
Tarix: 06-05-2020 00:32 | Bölmə: Siyasət
Rusiyadan İrana güzəşt, İsrailə badalaq

Rusiya İrana Xmeymim aviabazasından istifadə etmək hüququ verib.

Reyting.az
“Voenno-Promışlennıy Kuryer”-ə istinadla xəbər verir ki, İsrail Suriya ərazisinə təkcə işğal altındakı Colan yüksəklikləri boyunca deyil, həm də ölkənin mərkəzi və şimal hissələrinə zərbələr endirməyə başlayıb.

Son dəfə İsrail hərbi hava qüvvələri Hələb əyalətində yerləşən bir obyektə hücum edib. İran könüllülərinə məxsus silah anbarı bombalanıb. Bundan əvvəl, İsrailin raket hücumları Dəməşq yaxınlığında İran tərəfdarı olan qüvvələrin bir arsenalını məhv edib, Tehrandan silah-sursat və hərbi texnika gətirən İran təyyarələrinin tranzit nöqtəsi - Homsdakı Şayraat aviabazasına zərər verib.

İstənilən vaxt və Suriyanın hər yerində İran ordusuna zərbə endirəcəyinə söz verən İsrail baş naziri Benyamin Netanyahu artıq ciddi bir problemlə üzləşib. Rusiya İrana Xmeymim aviabazasından istifadə etmək hüququ verib.

Rusiya hərbi aerodromuna iki hərbi təyyarənin – Suriya Hərbi Hava Qüvvələrinin “İl-76” təyyarəsi və Tehrandan gələn “Airbus A310” təyyarəsinin Xmeymimə endiyi qeyd olunur. Xmeymim aviabazası vasitəsi ilə tədarükün İrana mümkün raket hücumlarından mütləq qorunmasına zəmanət verir, çünki Rusiya İsrailə xəbərdarlıq edib ki, ən kiçik təhlükə olduqda İsrail qırıcıları harada olurlarsa-olsun, əvvəlcədən xəbərdarlıq edilmədən vurulacaq.

"İrana Xmeymim aviabazasından istifadə etməyə icazə verməklə Rusiya, Netanyahuya meydan oxudu. Sözsüz ki, Suriyadakı rus hərbi aviabazasına hücum cəhdinin nə olursa-olsun, yalnız İsrail təyyarələrinin məhv edilməsinə deyil, həm də zərbələrə səbəb olacağına işarə etdi”, - deyə İsrail ekspertləri bildirib.

Rusiyanın Suriyaya 100-dən çox zirehli maşın gətirdiyini nəzərə alsaq, İdlibdə hərbi əməliyyatın yenidən başlaması da gözləniləndir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}